Joze Alesio: "Heyətlə bağlı problemlər var"

Azərbaycanın futzal millisinin baş məşqçisi Joze Alesio Özbəkistanla yoxlama matçından sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, braziliyalı mütəxəssis 2:3 hesablı məğlubiyyəti şərh edib:

 

“İlk 10 dəqiqədə komandam çox sakit idi. Sanki oyunda deyildilər. İlk hissənin tən yarısı geridə qaldıqdan sonra oyuna kökləndilər. Özbəkistan millisi bizə qarşı ikiqat istəkli idi. Bizdə isə hazırda Yüksək Liqada fasilədir və futzalçıları yenidən formaya salmalıyıq. Əvvəlcədən də dediyim kimi, heyətlə bağlı problemlərimiz var. Bəzi oyunçularımız zədəsini yeni sağaldıb.

 

Əlbəttə, bu cür oyunlarda nəticədən çox, komandanın hazırlıq vəziyyətini yoxlamaq vacibdir. İndi səhvlərimizi görməliyik ki, rəsmi oyunlarda bunu etməyək. Sabahkı oyuna qədər bunu analiz edəcəyik və bu dəfə fərqli çıxış edəcəyik. Təbii ki, ikinci dəfə məğlub olmaq istəmirik”.

Tarix: 22 Yanvar [00:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Fevral 2020
24  Fevral 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio