"Arsenal" gənc ulduzun maaşını 3 dəfə artırır

15:15 - 23 Yanvar 2020

"Arsenal" son dönəmlər parlaq oyun nümayiş etdirən gənc hücumçusu Qabriel Martinellinin maaşını artıracaq.

 

Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, "topçular" Madrid "Real"ının maraqlandığı hücumçunun maaşını 3 dəfə artırmağa qərar verib. London təmsilçisi futbolçunun 2024-cü ilin iyununa qədər davam edən müqaviləsinə toxunmayacaq. Lakin braziliyalı futbolçunun aylıq məvacibi 1 milyon avro olacaq.

 

18 yaşlı futbolçunun hazırda aya 325 min avro qazanır.

 

"Arsenal" Martinellini 2019-cu ilin yayında Braziliyanın "İtuano" klubundan 6,7 milyon avroya transfer edib. O, bu mövsüm 21 oyuna 10 qol vurub, 3 assist edib.

Xəbər xətti