“Sumqayıt” bir günlük istirahətin ardından Antalyada məşqlərini davam etdirir.
Sportal.az xəbər verir ki, komanda təlim-məşq toplanışının 12-ci gününün səhər məşqini keçirib. Təxminən 1 saat 10 dəqiqə müddətində davam edən məşq iki hissədən ibarət olub.
İlk 30 dəqiqə ərzində fiziki hazırlıq üzrə məşq edən komanda daha sonra isə müxtəlif toplu hərəkətləri icra edib.