Rövşən Hüsenyliyə xarici klubların marağı

14:45 - 4 Fevral 2020

Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli xarici klublardan təklif alıb.

 

Sportal.az xəbər verir ki, bu barədə 28 yaşlı qolkiper İTV-yə açıqlamasında bildirib.

 

Rövşən dünya çempionatının elit-raundundakı çıxışından sonra 3 fərqli ölkənin 4 klubunun maraq dairəsinə düşüb.

 

Rövşən Hüseynli "Araz" klubunun üzvüdür.

Xəbər xətti