Millinin baş məşqçi postuna niyə yerli namizəd yoxdur? - Elxan Məmmədov açıqladı

10:47 - 13 Fevral 2020

“Azərbaycan Radiosu”nun “Gəl səhərim” verilişinin qonağı olan AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov ölkə futbolunun gündəminə dair bir neçə maraqlı məqama toxunub.

 

Sportal.az xəbər verir ki, əsasən “Baku 2020” mövzusunda prosesin gedişatı və yeniliklərdən söhbət açılan buraxılışda qurum rəsmisi həmçinin aktual məsələlər  - millinin baş məşqçisi, U-23 kimi mövzulara da münasibət bildirib.

 

Məmmədovun dedikərindən məlum olub ki, yığmanı qarşıdakı tsiklda yenə əcnəbi mütəxəssis çalışdıracaq:

 

“AFFA İcraiyyə Komitəsinə namizəd mütəxəssislərin geniş siyahısı təqdim edilib və müzakirə üçün geniş vaxt verilib. Siyahıda yerli mütəxəssisin olmaması o demək deyil ki, onlar namizədlər arasında yoxdur. Sadəcə, siyahıya sırf əcnəbilər ona görə daxil edilib ki, yerli məşqçilərimizi hamımız yaxşı tanıyırıq, onların hər bir göstəricisinə bələdik, bununçün ayrıca araşdırma aparmağa gərək görülmür. Əcnəbilərin olduğu 32 əfərlik siyahı isə onlar haqqında öyrənmək, tanımaq və fikir bildirərkən yekun məlumatların olmasına görə idi”.

 

Yerli məşqçinin namizədləyinin aktual görünməməsi vurğulandı və Məmmədov bu məsələyə belə münasibət bildirdi:

 

“Biz yığmaya baş məşqçi seçərkən ən əvvəl nəzərə alırıq ki, onun beynəlxalq təcrübəsi olsun. Yerli mütəxəssislərdən də bu baxımdan bircə Qurban Qurbanovu misal göstərmək olar. Qurban bəy bizimlə çalışıb, hazırda isə klubla müqaviləsi var”.

 

“CBC Sport”un əməkdaşı Elnur Məmmədlinin sosial şəbəkədə Məşqçilər Komitəsindən bir nəfəri verilişə dəvət ediyini, lakin onun - “ölkə çempionatına baxmıram” deyib, dəvətdən imtina eməsi barədə statusu qabardıldı. Məmmədov bildirdi ki, elə bir hal olubsa, yaxşı olar ki, həmin məşqçinin adı da açıqlansın:

 

“Kimdir, biz bilmək istəyirik.  Komitənin çox faydalı işləri olur. Onlar xüsusən aşağı yaş millilərini yaxından izləyirlər, çatışmazlıqlar və s. barədə raport hazırlayırlar, müxtəlif təkliflər verirlər. Ölkə fubolunu yaxından izləyirlər və bu, belə də olmalıdır. Əgər kimsə izləmədiyini deyibsə, o, Məşqçilər Komitəsində təmsil oluna bilməz”.

Xəbər xətti