Premyer Liqada mövsümün yeni rekordu

Azərbaycan Premyer Liqasında mövsümün məhsuldarlıq rekordu qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, 17-ci turda qapılara 17 qol vurulub. “Zirə” – “Qarabağ” (0:6) görüşündə altı, “Neftçi” – “Keşlə” və “Səbail” – “Qəbələ” (hər ikisi 3:1) matçlarında dörd, “Sumqayıt” – “Sabah” (1:2) oyununda üç top vurulub.

 

Turun 4 qarşılaşmasında meydan sahibləri 7, qonaqlar 10 dəfə fərqlənib. Orta məhsuldarlıq 4,25-ə bərabər olub. Bu, mövsümün ən yüksək göstəricisidir. Əvvəlki rekord 16 qolun qeydə alındığı XII tura təsadüf edib.

 

Ölkə çempionatlarında orta məhsuldarlığın 4,25 və ya daha yüksək olması sonuncu dəfə ötən mövsüm qeydə alınmışdı. 2018/19 mövsümünün XI turunda da indiki kimi 17 qol vurulub.

 

Tarix: 17 Fevral [12:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
4 Aprel 2020
3  Aprel 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio