Yüksək Liqanın oyununda insident: oyun yarımçıq qaldı

19:33 - 20 Fevral 2020

Bu gün Yüksək Liqanın XV turu çərçivəsində keçirilən “Marafon” – “Araz” oyunu başa çatmayıb.

 

Sportal.az xəbər verir ki, oyunun 26:09 dəqiqəsində referilər “Marafon” komandasının onların qərarına etiraz edərək meydanı tərk etdiyini əsas gətirərək görüşü dayandırıb.

 

Sonrakı dəqiqədə komanda oyunu davam etdirmək istəsə də, "Araz" komandası hakimlərin matçı bitirdiyini bildirərək meydana geri dönməkdən imtina edib.

 

Məsələ ilə bağlı İntizam Komitəsi qərar verəcək.

 

Xəbər xətti