Almeyda komandasını yarımfinala yüksəltdi - VİDEO

00:00 - 22 Fevral 2020

Azərbaycan millisinin üzvü Riçard Almeydanın çıxış etdiyi Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” klubu “Prezident kuboku”nun 1/4 final mərhələsi oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, komanda “Şabab Əl-Əhli” ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Riçard bu oyunda 90 dəqiqə meydanda olub və komandasının yeganə qolunun müəllifi olub.

 

Bu qələbə ilə “Baniyas” yarımfinala yüksəlib.

 

Xəbər xətti