Abdullah Avcı Azərbaycan millisini çalışdırmaqdan imtina etdi

15:27 - 24 Fevral 2020

Azərbaycan millisinin baş məşqçi postuna namizəd olan Abdullah Avcı AFFA-nın təklifini qəbul etməyib.

 

Sportal.az “Spor Arena”ya istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis məşqçi karyerasını Türkiyə Super Liqasında davam etdirmək fikrindədir.

 

Abdullah Avcı mövsümün gedişində "Beşiktaş"dan ayrılıb. Onun "Fənərbaxça"nın baş məşqçisi olacağı barədə iddialar yayılıb.

Xəbər xətti