Azərbaycan Premyer Liqası ən intizamsız çempionatlar arasında

10:45 - 25 Fevral 2020

Dünyanın ən intizamlı və intizamsız futbol çempionatları açıqlanıb.

 

Sportal.az xəbər verir ki, 92 ölkənin olduğu siyahıda Azərbaycan Premyer Liqası da yer alıb. Ölkə çempionatında hər oyun orta hesabla 0,32 qırmızı və 5,47 sarı vərəqə göstərilib.

 

Ümumi vərəqə göstəricisi 5,79-a bərabər olan Premyer Liqa dünyanın 12-ci ən intizamsız çempionatıdır. Avropada Azərbaycan intizamsızlar siyahısında Ukrayna və İtaliyadan sonra 3-cüdür.

 

Premyer Liqanın ən intizamsız komandası isə “Sumqayıt”dır. “Kimyaçılar”a hər matç 3,65 vərəqə göstərilir. Bunların 3,47-si sarı, 0,18-i isə qırmızıdır. Siyahıda “Qəbələ” 2-ci, “Zirə” 3-cüdür. Ən intizamlı komanda “Qarabağ”dır. Ağdam klubunun futbolçuları hər matç orta hesabla 2 vərəqəyə məruz qalır. (1.94 sarı, 0.06 qırmızı).

Xəbər xətti