Elvinin "Çelik"də debüt etməməsinin səbəbi

Elvin Yunuszadə Bosniya və Herseqovinanın “Çelik” klubunda çempionatın 20-ci turu çərçivəsində "Zrinski"yə qarşı oynamayıb.

 

Sportal.az xəbər verir ki, buna səbəb onun Bosniya və Herseqovinada qeydiyyata alınmamasıdır. Bu səbəbdən də 27 yaşlı oyunçunun rəsmi debütü reallaşmayıb.

 

Elvinlə yanaşı, "Çelik"in qış fasiləsindəki yeni transferləri də bu problemlə üzləşiblər. Komandanın baş məşqçisi Ümit Özat da qeydiyyata salınmadığı üçün oyunu tribunadan izləməli olub.

 

“Çelik”in idman direktoru Murat Daldiç növbəti tura qədər bu problemin aradan qalxacağına ümid etdiyini deyib.

Tarix: 26 Fevral [15:28]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio