Milli üzvləri üçün məşğələ

AFFA-nın təşəbbüsü aşağı yaş qrupu üzrə Azərbaycan milli komandalarının üzvləri ilə mənəviyyat, mədəniyyət, yaradıcılıq, insanlar arasında münasibət qurmaq, cəmiyyətdə mövqe qazanmaq kimi mövzularda müzakirələr aparılır, silsilə məşğələlər keçirilir, müxtəlif mədəni tədbirlər təşkil olunur.
 
Sportal.az xəbər verir ki, növbəti belə məşğələ Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri üçün keçirilib.

 

Azərbaycanın UNESCO-da qeyri-maddi mədəni irs üzrə milli eksperti, Azərbaycan Milli Konservatoriyasının Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, Avropa Mədəniyyət Parlamentinin üzvü Cahangir Səlimxanov gənc futbolçulara “insan həyatında təşəbbüskarlıq, naməlum cığırlar axtarışı” mövzularında çıxış edib, onları maraqlandıran sualları cavablandırıb.

 

Tarix: 27 Fevral [14:27]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
4 Aprel 2020
3  Aprel 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio