"Zirə" və "Xəzər Lənkəran"ın sabiq futbolçusu Nurlan Novruzovun komandasında

12:09 - 28 Fevral 2020

Son olaraq “Zirə”də oynamış Sadio Tounkara karyerasını Estoniyada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi “Trans” klubuna keçib. Yüksək liqada yarışan Narva təmsilçisi malili futbolçu ilə ilin sonuna kimi müqavilə bağlayıb.

 

Tounkara Azərbaycanda “Xəzər Lənkəran”, AZAL və “Zirə”də çıxış edib.

 

Azərbaycanlı futbolçu Nurlan Novruzov da ötən günlərdə "Trans"la müqavilə imzalayıb.

Xəbər xətti