Bəhlul Mustafazadə: "Rəşad Sadıqovun taktiki biliyi yüksək səviyyədədir"

11:11 - 7 Mart 2020

"Sabah"ın futbolçusu Bəhlul Mustafazadə Azərbaycan millisinin baş məşqçi postuna namizədlər sırasında olan Rəşad Sadıqovla bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 23 yaşlı müdafiəçi onda müasir məşqçiyə aid bütün keyfiyyətlərin olduğunu deyib:

 

"Hesab edirəm ki, onda müasir məşqçiyə aid bütün  keyfiyyətlər var. Rəşad Sadıqovun taktiki biliyi yüksək səviyyədədir. O, həmçinin futbolçulara psixoloji baxımdan hansı yanaşmanın lazım olduğunu yaxşı bilir. Mən hələ onun futbolçuları necə motivasiya etdiyindən danışmıram" (azerisport.com).

Xəbər xətti