İliçiç Messi və Ronaldonun rekorduna şərik oldu

“Atalanta”nın hücumçusu Yosip İliçiç Çempionlar Liqasında rekorda şərik olub.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı hücumçu 1/8 finalın “Valensiya” ilə səfər qarşılaşmasında pokerə imza atıb. Sloveniyalı futbolçu qitənin ən nüfuzlu turnirində pley-off mərhələsinin iki oyununda 5 və daha çox qol vuran 3-cü oyunçu olub.

 

İliçiç “Barselona”nın kapitanı Lionel Messi və “Yuventus”un hücumçusu Kriştiano Ronaldoya məxsus göstəricini təkrarlayıb.

 

Messi 2011-2012-ci il mövsümündə “Bayer”ə 6, Ronaldo isə 2016-2017-ci ildə mövsümündə “Real Madrid”in heyətində “Bayern”ə 5 qol vurub.

Tarix: 11 Mart [16:46]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
10 İyul 2020
9  İyul 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio