"Roma" "Sevilya" ilə oyun üçün İspaniyaya yollana bilmədi

17:24 - 11 Mart 2020

"Roma" Avropa Liqasının 1/8 final mərhələsində "Sevilya" ilə səfərdə qarşılaşacaq "Roma" İspaniyaya yollana bilməyib.

 

Sportal.az xəbər verir ki, İspaniya hökuməti koronavirusa görə İtaliyadan gələn təyyarələrə eniş icazəsi verməyəcəyini bəyan edib. Bu səbəbdən də "canavarlar" Əndəlüsiyaya yollana bilməyəcək.

 

"Sevilya" - "Roma" oyunu martın 12-si, Bakı vaxtı ilə 21:55-ə planlaşdırılıb.

Xəbər xətti