"Kəpəz" də məşqləri dayandırdı

11:38 - 16 Mart 2020

“Kəpəz”in əsas komandası məşqləri dayandırıb.

 

Sportal.az xəbər verir ki, koronavirus pandemiyasının dünyada geniş yayılması səbəbindən nazirlər kabineti yanında operativ qərargahın verdiyi qərarla əlaqədar olaraq “sarı-göylər”in hazırlıq proseslərinə müvəqqəti olaraq fasilə verilib.

 

Bir müddət öncə klubun aşağı yaş qrupları üzrə bütün komandalarının məşqləri də qeyri-müəyyən vaxta kimi təxirə salınıb.

Xəbər xətti