Dibala və sevgilisi koronavirusa yoluxdu - FOTOLAR

23:00 - 21 Mart 2020

"Yuventus"un hücumçusu Paulo Dibala və sevgilisi Oriana Sabatini koronavirusa yoluxub.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı hücumçu testlərin nəticəsinin müsbət olduğunu sosial şəbəkə hesabında paylaşıb: "Testlərin nəticəsi müsbət çıxdı. Xoşbəxtlikdən indi əlayıq. Hər birinizə dəstək üçün təşəkkür edirik!"

 

Daha əvvəl "Yuventus"da müdafiəçi Daniele Ruqani və yarımmüdafiəçi Blez Matyuidi koronavirusa yoluxmuşdu.

 

 

Xəbər xətti