Rahid Əmirquliyev Mahmud Qurbanova bir qədər də yaxınlaşdı

12:37 - 24 Mart 2020

Azərbaycan Premyer Liqasının arxada qalan 20 turu ölkə çempionatlarında ən çox oyun keçirən futbolçuların siyahısında dəyişikliklərə səbəb olub.

 

Sportal.az PFL-ə istinadən xəbər verir ki, 8 aydır davam edən cari mövsüm ilk “onluq”da yer alan üç futbolçunun irəliləməsi ilə nəticələnib.

 

Rahid Əmirquliyev və Rəşad Sadiqov 2-ci yerə şərik olaraq, Azər Məmmədovu bu mövqedən sıxışdırıblar. Rəşad Sadıqov isə Elnur Abdullayevi keçməklə 9-cu olub.

 

Siyahıya isə Mahmud Qurbanov başçılıq edir. Onun hesabında 421 matç var. O, Sadiqovla Əmirquliyevi 29 oyun qabaqlayır.

 

1. Mahmud Qurbanov - 421

2-3. Rəşad Sadiqov - 392

2-3. Rahid Əmirquliyev - 392

4. Azər Məmmədov - 388

5. Aslan Kərimov - 382

6. Rəşad Abdullayev - 378

7. Aqil Məmmədov - 363

8. İsmayıl Məmmədov - 351

9. Rəşad Sadıqov - 343

10. Elnur Abdullayev - 334.

Xəbər xətti