Fatih Terimin son durumu açıqlandı

10:26 - 25 Mart 2020

COVID-19-a yoluxan "Qalatasaray"ın baş məşqçisi Fatih Terimin son durumu müəyyənləşib.
 

Sportal.az xəbər verir ki, özəl klinikadan verilən məlumata görə, 66 yaşlı mütəxəssis öskürəkdən şikayətlənir:
 
"Koronavirus testi müsbət çıxan Fatih Terimin müalicəsinə davam edirik. O, yalnız xəfif öskürəkdən şikayət edir. Terimin səhhətində başqa ciddi problem müşahidə olunmur. Onun sağlıq durumu nəzarətdə saxlanılır”.

 

Xəbər xətti