Keçmiş klub prezidenti koronavirusdan öldü

14:29 - 26 Mart 2020

Niderlandın "Vitess" klubunun sabiq prezidenti Kes Bakker 76 yaşında dünyasını dəyişib.

 

Sportal.az xəbər verir ki, ölümünə koronavirus infeksiyası səbəb olub. 76 yaşlı funksioner martın 21-də xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

 

Bakker 2003 - 2004, 2008 - 2009 və 2016 - 2017-ci illərdə "Vitess"in prezidenti postunu tutub.

Xəbər xətti