"Düdelanj"ın futbolçusu "Norviç Siti"də

17:17 - 2 Aprel 2020

Lüksemburqun "Düdelanj" klubunun futbolçusu Danel Sinani karyerasını növbəti mövsümdən İngiltərənin "Norviç Siti" davam etdirəcək.

 

Sportal.az mental.lu-ya istinadən xəbər verir ki, Premyer Liqa klubu ilə anlaşan 22 yaşlı vinger karyerasında böyük addım atdığını deyib:

 

"Çox xoşbəxtəm. İngiltərə Premyer Liqası dünyanın ən yaxşı çempionatıdır. Karyeramda böyük addım atdım".

 

Lüksemburq millisinin üzvü bu mövsüm Avropa Liqasındakı çıxışı ilə parladı. O, turnirin qrup mərhələsində 4 qol, 1 assist performansla Avropa klublarının diqqətini çəkməyi bacarmışdı. 

 

"Düdelanj" Avropa Liqasının qrupunda "Sevilya", APOEL və "Qarabağ"la eyni qrupda mübarizə aparırdı.

 

Sinani 2017-ci ildən "Düdelanj"da çıxış edirdi.

Xəbər xətti