Nicat Qurbanov: “Kitabları oxudum, indi filmlərə baxmaqla kifayətlənirəm” - MÜSAHİBƏ

Gürcüstanın “Samtredia” klubunun futbolçusu Nicat Qurbanov Sportal.az-a müsahibə verib.

 

28 yaşlı yarımmüdafiəçi koronavirusa görə elan edilmiş karantin günlərindən və qonşu ölkədəki karyerasından danışıb. 

 

- Gürcüstan premyer liqasında 2 tur başa çatdı. Qol vurduğun tur rəmzi komandada yer aldın. Az oynasan da, yəqin ki çempionatın səviyyəsi ilə bağlı müəyyən fikirlərin var.
- Bəli, 2 tur oynadıq. Çempionat yeni başlamışdı. Komandalar oyun ritminə tam düşməmişdilər, amma səviyyə kifayət qədər yaxşı idi. Çempionatın bərpasını gözləyirik.

 

- Gürcüstanın 1-ci divizonunda ötən mövsüm çıxış etmişdin. Divizionla Premyer Liqa arasında Azərbaycandakı kimi böyük uçurum var?
- Aydın məsələdir ki, 1-ci divizionla əsas liqa arasında fəqr var. Ancaq bizim ölkədəki kimi uçurum deyil. Bir az fərq var.

 

- Gürcüstan çempionatı Azərbaycam Premyer Liqası ilə müqayisədə tramplin kimi daha yaxşıdır?
- Düşünürəm ki, hər çempionatın öz üstünlüyü var. Tramplin deməzdim, irəli addım və yeni səhifədir.

 

- Karantin günlərin necə keçir?
- Ev şəraitində fərdi məşqlər edirəm. Hələ ki, ciddi problem yoxdur. Hər şey qaydasındadır.

 

- Klub bu günlərdə hansı tapşırıqlar verib?
- Məşqçilərin verdiyi fərdi məşqləri edirik. Maksimum çalışırıq ki, tonusdan düşməyək.

 

- Çempionatın bərpa məsələsi müzakirə edilir?
- Hələ tam məlumat yoxdur. Ölkədəki vəziyyətdən asılıdır. Fikrimcə, may ayından tez başlamayacaq.

 

- Klub futbolçulara maaş ödəməyə davam edəcək?
- Bu barədə hələ klubdan açıqlama olmayıb. Məncə, maaşda azalma olacaq.

 

- Gürcüstanda koronavirusla bağlı ciddi tədbirlər görülür?
- Azərbaycandakı kimi ciddi tədbirlər görürlər. İnanırıq ki, tezliklə bu bəla yox olar.

 

- Azərbaycana qayıtmağı planlaşdırırdın?
- Hazırda qayıtmağı planlaşdırmıram. Çox güman, çempionat bərpa olana kimi burada olacağam.

 

- Karantin günlərində futboldan əlavə özündə nəyi kəşf etdin?
- Karantin günlərində “heç vaxt bunu bacarmaram” fikri yox olur. Sosial şəbəkələrdə kişilərin ev işləri ilə məşğul olub, başlarını qatdığını görürük.

 

- Filmlərə baxmaq və kitab oxumaqla aran necədir?
- Kitab oxumaq və film izləməyi sevirəm. Burada Qiyom Müssonun 3 kitabı var idi, onları da oxudum. İndi kinolara baxmaqla kifayətlənirəm. Əsas real hadisələr əsasında çəkilən filmlərə üstünlük verirəm.

Tarix: 5 Aprel [13:39]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
30 May 2020
29  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio