Aleksis Sançes "Vest Hem" yolunda

14:33 - 8 Aprel 2020

İngiltərənin "Vest Hem" klubu müqavilə ilə "Mançester Yunayted"ə məxsus olan, ancaq "İnter"də icarə əsasında oynayan Aleksis Sançesi transfer etmək istəyir.

 

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, London təmsilçisi çilili hücumçunu heyətə cəlb etmək üçün hərəkətə keçib.

 

Milan təmsilçisi 31 yaşlı futbolçunun performansından razı qalmadığı üçün transfer hüququna yiyəlnməyəcək. "Mançester Yunayted" də Çili millisinin üzvünü gələcək planlarında görmür. Bu səbəbdən də təcrübəli oyunçunun "çəkicdöyənlər"ə transferi real görünür.

 

Sançesin "İnter"lə müqaviləsi yayda başa çatacaq. Onun "qırmızı şeytanlar"la müqaviləsi isə 2022-ci ilin yayına qədərdir.

Xəbər xətti