"Norviç Siti" "Düdelanj"ın futbolçusunu transfer etdi - rəsmi

23:23 - 10 Aprel 2020

Lüksemburqun "Düdelanj" klubunun futbolçusu Danel Sinani karyerasını "Norviç Siti"də davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, İngiltərə Premyer Liqa klubu 22 yaşlı vingerlə 3 illik müqavilə imzalayıb. Sinani "sarı bülbüllər"ə yeni mövsümdən qoşulacaq.

 

Lüksemburq millisinin üzvünün "Düdelanj"la müqaviləsi mövsümün sonunda bitdiyi üçün yeni klubuna azad agent statusu kimi keçib.

 

Sinani 2017-ci ildən "Düdelanj"da çıxış edirdi.

Xəbər xətti