"Neftçi" Qurban Qurbanovu "Qarabağ"a vurduğu qollarla təbrik etdi - VİDEO

13:22 - 13 Aprel 2020

"Neftçi" sabiq futbolçusu, hazırda "Qarabağ"ın baş məşqçisi olan Qurban Qurbanovu doğum günü münasibəti ilə təbrik edib.

 

Sportal.az xəbər verir ki, "ağ qaralar" 48 yaşını qeyd edən mütəxəssisin 2004-cü ildə "Neftçi"nin heyətində "Qarabağ"la oyunda vurduğu qolları paylaşıb.

 

"Bu gün “Neftçi”nin veteran futbolçusu Qurban Qurbanovun 48 yaşı tamam olur. “Neftçi” ailəsi adından sabiq hücumçumuza can sağlığı, uzun ömür arzulayır, onun dubla imza atdığı “Qarabağ”la oyunu (1:3, 13.03.2004) təqdim edirik", - qeyd olunub.

 

 

Xəbər xətti