"Portu" Abubakarı bu qiymətə satır

16:49 - 26 Aprel 2020

Portuqaliyanın "Portu" klubu ötən və bu mövsümün böyük hissəsini zədə səbəbindən buraxan Vinsent Abubakarı transferə çıxarıb.

 

Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, "əjdahalar" kamerunlu futbolçuya 7 milyon avro qiymət qoyub.

 

28 yaşlı forvard 2014-cü ildən "əjdahalar"da çıxış edir. O, 2016/17 mövsümünü icarə əsasında "Beşiktaş"da keçirib. Abubakar "ağ-qaralar"da keçirdiyi 37 oyunda 18 qol vurub, 4 assist edib.

Xəbər xətti