106 futbolçu, 15 bombardir - "Qəbələ"nin statistikası

“Qəbələ”nin Azərbaycan Premyer Liqasında vurduğu qollara 106 futbolçu imza atıb.

 

Sportal.az xəbər verir ki, komandanın ən məhsuldar futbolçusu Viktor Mendidir. O, ölkə çempionatında 29 qol vurub. Seneqallı hücumçunun ən yaxın izləyicisi Dododur. Braziliyalı əcnəbi rəqib qapılarına 23 dəfə yol tapıb. Daha bir futbolçu 20 qol səddinə çatıb. Bu, fransalı Baqali Dabodur.

 

Ümumiyyətlə, “Qəbələ”nin Premyer Liqadakı çıxışları tarixində 15 futbolçu 10 və ya daha çox qol vurmaqla bombardirlik bacarığını nümayiş etdirib. Bunlardan 11-i legioner, 4-ü yerli oyunçudur. Sonuncular arasında rekord Cavid Hüseynova məxsusdur. Hazırda “qırmızı-qaralar”ın heyətində çıxış edən Asif Məmmədov da siyahıda yer alıb. Onun aktivində 10 top var.

 

1. Viktor Mendi - 29

2. Dodo - 23

3. Baqali Dabo - 20

4-5. Filip Ozobiç - 16

 Yannik Kamanan - 16

6-9. Cavid Hüseynov - 15

 Stiven Monroz - 15

 Daniel Subotiç - 15

 Deon Barton - 15

10. Aleksey Qay - 14

11-12. Kənan Kərimov - 11

 Vitali Balamestnı - 11

13-15. Asif Məmmədov - 10

 Samir Zərgərov - 10

Ceyms Adeniyi - 10.

Tarix: 27 Aprel [16:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio