"Qalatasaray" alban hücumçunu icarəyə götürmək istəyir

13:01 - 28 Aprel 2020

Mövsümün sonunda "Qalatasaray"la icarə müqaviləsi başa çatan Florin Andone "sarı-qırmızılar"dan ayrılıb, "Brayton"a qayıdacaq.

 

Sportal.az "Takvim" qəzetinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi rumıniyalı hücumçunun əvəzinə "Vest Hem"də çıxış edən Albian Aetini 1 illik icarəyə götürmək istəyir. Mövsüm başa çatdıqdan sonra klub Albaniya əsilli futbolçu üçün London təmsilçisinə təklif yollayacaq.

 

"Çəkicdöyənlər" İsveçrə millisinin üzvünü 2019-cu ilin yayında "Bazel"dən 8,2 milyon avroya transfer edib. "Vest Hem" gözləntiləri verməyən futbolçunu icarəyə verməyi düşünür.

Xəbər xətti