Kamal Mirzəyevin müqaviləsinə yeni bənd əlavə edildi

Mövsümün sonunda Küveytin "Əl-Salmiyə" klubu ilə müqaviləsi başa çatacaq Kamal Mirəzyev Sportal.az-a açıqlamasında gələcək karyerasından danışıb.

 

25 yaşlı yarımmüdafiəçi Küveyt çempionatı uzun müddət təxirə salındığı üçün futbolçulara komandadan rahat ayrılamaları üçün şərait yaradılacağını deyib:

 

"Hər kəsi kluba dəvət etdilər. Ehtimal var ki, çempionat avqustdan dekabradək davam etdirilsin. Bildirdilər ki, kimə təklif gəlsə, klub çətinlik yaratmayacaq. Əcnəbi futbolçulara xaricdən və ya ölkələrindən təklif gəlsə, ayrılmağa imkan yaradacaqlar. Müqavilələrə belə bənd saldılar.

 

Hətta burada dekabra qədər futbolun olmaması mümkündür. Müqaviləmin yeni bəndində yazılıb ki, başqa klubdan təklif alsam, "Əl Salmiyə" mənə çətinlik yaratmayacaq. Ancaq böyük klubdan təklif gəlsə, klub transferdən qazanc götürməyə çalışacaq".

 

Kamal ötən yay "Qəbələ"dən Küveyt klubuna keçib.

Tarix: 7 May [17:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio