Türkiyə millisinin üzvü Belçika kubundan ayrıldı

13:27 - 8 May 2020

Türkiyə millisinin qapıçısı Sinan Bolat Belçikanın "Antverpen" klubundan ayrılıb.

 

Sportal.az xəbər verir ki, klub 31 yaşlı qolkiperin müqaviləsini ləğv etdiyini açıqlayıb. Bundan əlavə, Antverpen təmsilçisi belçikalı vingeri Kevin Mirallasın da müqaviləsini pozub.

 

Sinan bu mövsüm Belçika klubunda 36 oyun keçirib və kubok oyununda 1 assist etmişdi. O, 2017-ci ildən "Antverpen"də çıxış edirdi.

Xəbər xətti