"Ayaks" 3 aparıcı futbolçunu satmağa hazır olduğunu bəyan etdi

"Ayaks"ın baş direktoru Edvin van der Sar ən yaxın transfer pəncərəsində yarımmüdafiəçi Donni van de Bek, qapıçı Andre Onana və müdafiəçi Nikolas Talyafikonu satmağa hazır olduqlarını deyib.

 

Sportal.az xəbər verir ki, klub rəsmisi futbolçuların qiymtlərinin ucuzlaşmadığını xüsusi qeyd edib:

 

"Ötən ilin yanvarında hər üç futbolçunun daha bir mövsüm komandada qalması ilə bağlı şifahi razılıq almışdıq. Onlara bildirmişdik ki, karyeralarının növbəti addımında kömək edəcəyik. Razılığımızda dəyişiklik yoxdur və onlara problem yaratmayacağıq. Amma onların qiymətində 50 faiz ucuzlaşma olmayacaq. Bunu klublar unutmasın".

Tarix: 10 May [15:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 May 2020
25  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio