Kərimovdan rekord, Baukdan 3 top

Azərbaycan kubokunda 2005/06 mövsümündə debüt edən “Qəbələ” indiyədək keçirdiyi 66 matçda 112 qol vurub.

 

Sportal.az xəbər verir ki, bunlardan ikisi rəqiblərin avtoqoludursa, digər toplara “qırmızı-qaralar”ın 56 oyunçusu imza atıb.

 

Komandanın kubokdakı ən məhsuldar futbolçusu Kənan Kərimovdur. Onun aktivində 7 qol var. Filip Ozobiç 6, Vüsal Qarayev 5 dəfə fərqlənib. Daha 5 oyunçu üçdən çox qola imza atıb. Onların hərəsi 4 dəfə rəqib qapısına yol tapıb.

 

Hazırda “Qəbələ”nin formasını geyinənlər arasında rekordçu Klesio Baukdu. O, cəmi 2 matçda iştirak etsə də, 3 qolun müəllifidi.

 

Azərbaycan kubokunda 3 və daha çox qol vuranlar:


1. Kənan Kərimov - 7
2. Filip Ozobiç - 6
3. Vüsal Qarayev - 5
4-8. Viktor Mendi - 4
İbrahim Hüseynov - 4
Daniel Subotiç - 4
Aleksey Qay - 4
Baqali Dabo – 4
9-15. Dodo - 3
Samir Zərgərov - 3
Stiven Monroz - 3
Ruslan Qurbanov - 3
Ermin Zets - 3
Davit Volkov - 3
Klesio Bauk - 3.

Tarix: 20 May [11:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Sentyabr 2020
17  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio