"Yuventus" Poqbanın agenti ilə danışığa başladı

15:03 - 22 May 2020

"Yuventus" "Mançester Yunayted"dən Pol Poqbanı heyətinə qatmaq üçün agenti Mino Rayola ilə danışıqlara başlayıb.

 

Sportal.az "Le10sport"a istinadla xəbər verir ki, Turin təmsilçisi fransız futbolçunu növbəti transfer pəncərəsində komandadan ayrılacağı ehtimal edilən Adrien Rabyö ilə Miralem Pyaniçin əvəzinə almaq istəyir.

 

Poqbanın "qırmızı şeytanlar"la müqaviləsi 2021-ci ilin iyunun 30-dək nəzərdə tuutlub. 27 yaşlı yarımmüdafiəçi bu mövsüm 8 oyunda 2 assist edib.

 

"Mançester Yunayted" Fransa millisinin üzvünü 2016-cı ildə "Yuventus"dan 105 milyon avroya transfer etmişdi.

Xəbər xətti