Mahrezin evi yağmalandı - 555 min avroluq ziyan

12:02 - 31 May 2020

“Mançester Siti”nin futbolçusu Riyad Mahrezin evi qarət olunub.

 

Sportal.az “The Sun” nəşrinə istinadla xəbər verir ki, oğrular əlcəzairli futbolçunun Mançesterdəki evindən dəyəri 255 min avrodan çox olan “Richard Mille”, 44 min avroluq “Rolex Daytona” və 39 min avroluq “Rolex Day Date” brendli saatları aparıblar.

 

Bundan əlavə, 61 min avro nağd pul, dəyəri 166 min avrodan çox olan bilərziklər və futbol köynəkləri də oğurlanıb.

 

Mahrezə ümumilikdə 555 min avro zərər dəyib.

Xəbər xətti