Corc Floydu anan futbolçuya xəbərdarlıq olundu

Macarıstan Futbol Federasiyası vurduğu qoldan sonra "Corc Floyd üçün ədalət" sözləri yazılmış köynəyi nümayiş etdirən "Ferentsvaroş"un hücumçusu Tokmak Nquenə xəbərdarlıq edib.

 

Sportal.az xəbər verir ki, federasiya Kenya əsilli norveçli futbolçunu bu hərəkətinə görə qınayıb. Əgər hərəkət təkrarlansa, 26 yaşlı hücumçu cəzalandırılacaq.

 

Nquen Macarıstanın yüksək liqasının 26-cı turunda "Puşkaş Akdemiyası" ilə qarşılaşmada (1:1) vurduğu qoldan sonra Corc Floydun xatirəsini anıb.

 

ABŞ-da mayın 25-də Minneapolisdə Corc Floyd adlı afroamerikalının saxlanılma videosunun internetə sızmasından sonra dünyada etiraz başlayıb. Polislər afroamerikalının əllərini qandallayıb və onu yola yıxıb. Onlardan biri Floydun “nəfəs ala bilmirəm” deməsinə baxmayaraq, onu boğmağa başlayıb. Bir qədər sonra afroamerikalı şəhər xəstəxanalarının birində vəfat edib. Mayın 26-da həmin polislər işdən çıxarılıb, onlardan biri saxlanılıb.

 

Tarix: 2 İyun [23:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio