Mario Qomes karyerasını başa vurdu

Almaniya millisinin keçmiş üzvü Mario Qomes karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, "Ştutqart"ın təcrübəli hücumçusu II Bundesliqanın 34-cü turunda "Darmştadt"la oyundan sonra butsılarını mıxdan asıb.

 

Mario peşəkar karyerasına "Ştutqart"da başlayıb. 34 yaşlı futbolçu "Bayern", "Fiorentina", "Beşiktaş" və "Volfsburq"da çıxış etdikdən sonra 2017/18 mövsümündə "Ştutqart"a qayıdıb. Almaniya ilə DÇ-2014-ün qalibi olmuş təcrübəli sima yığmada 78 oyunda 31 qol vurub.

Tarix: 29 İyun [10:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
5 Dekabr 2020
4  Dekabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio