"Beşiktaş" gürcü futbolçunun transferini tamamladı

22:22 - 30 İyun 2020

"Beşiktaş" ikinci transferini tamamlayıb.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Gürcüstanın "Dinamo" klubunun yarımmüdafiəçisi Nika Ninuanın transferini böyük ölçüdə həll edib. "Ağ-qaralar" gürcü yarımmüdafiəçi üçün Tbilisi təmsilçisinə 700 min avro təzminat ödəyəcək.

 

Nika Türkiyə klubunda illik 300-350 min avro maaş alacaq. 21 yaşlı futbolçu ilə 5 illik müqavilə bağlanacaq.

 

"Dinamo"nun yetirməsi ötən mövsüm 37 oyunda 8 qol vurub, 11 assist edib. O, ötən mövsüm Gürcüstanda ilin futbolçusu seçilib. Komandanın kapitanı bu mövsüm keçirdiyi 9 oyunda 2 qol vurub. 

 

"Beşiktaş" daha öncə "Alanyaspor"un müdafiəçisi Fabris Nsakala ilə anlaşıb.

 

Xəbər xətti