AFFA-nın Roy Kinə təklif etdiyi məbləğ

11:39 - 3 İyul 2020

AFFA millinin baş məşqçi postuna namizəd olan "Mançester Yunayted"in keçmiş futbolçusu Roy Kinlə danışıqları davam etdirir.

 

Sportal.az independent.ie saytına istinadla xəbər verir ki, AFFA irlandiyalı mütəxəssisə illik 650 min avro məvacib təklif edib. Kin yığmanı çalışdıracağı halda, Azərbaycanda yaşamaq istəmədiyini bildirib.

 

Bu səbəbdən danışıqlar uğursuz alına bilər. Əgər Kin Azərbaycanda yaşamağı qəbul etsə, tərəflər razılığa gələcək.

 

Kin baş məşqçiliyə 2006-cı ildə "Sanderlend"i çalışdırmaqla başlayıb. 48 yaşlı mütəxəssis 2009-2011-ci illərdə "İpsviç" klubunu çalışdırıb. Veteran futbolçu İrlandiya millisində, "Aston Villa" və "Nottingem Forest" klublarında köməkçi məşqçi olub. Kin 2019-cu ildən "Sky Sports"da ekspert çalışır.

Xəbər xətti