Paşayevli "Aleksandriya" Avropa Liqasına vəsiqə qazana bilmədi

13:24 - 26 İyul 2020

Ukrayna Premyer Liqasında Avropa Liqasına sonuncu vəsiqə uğrunda pley-off qarşılaşmaları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” pley-offun yarımfinal mərhələsi çərçivəsində bu gün “Mariupol”la qarşılaşıb.

Üç qolun qeydə alındığı matç “Mariupol”un qələbəsiylə yekunlaşıb (2:1) və bu komanda finala vəsiqə qazanıb. “Aleksandriya” isə Avropa Liqasına vəsiqə şansını itirib.

Paşayev də bu görüşün iştirakçısı olub. Milli üzvü matçın 46-cı dəqiqəsində meydana buraxılıb.

Xəbər xətti