Azərbaycanda idman oyunlarına olan qadağa uzadıldı

17:10 - 3 Avqust 2020

Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz və Salyan rayonlarında 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimində bəzi məhdudiyyətlər davam edəcək.

 

Sportal.az xəbər verir ki, qərara əsasən bu müddətdə Azərbaycanda açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi qadağan edilib.

 

İyunun 1-dən Azərbaycanda açıq havada keçirilən idman yarışlarının təşkilinə icazə verilsə də, daha sonra koronavirusa yoluxma sayının sürətlə artmasına görə yenidən qadağalar qoyulub.

Xəbər xətti