"Yuventus"dan qorxmuruq" - Memfis Depay

10:04 - 5 Avqust 2020

"Lion"un hücumçusu Memfis Depay Çempionlar Liqasının 1/8 finalında "Yuventus"la keçirəcəkləri cavab oyunu barədə danışıb.

 

Sportal.az xəbər verir ki, niderlandlı hücumçu Turin klubundan qorxmadıqlarını deyib:

 

"İndiki mərhələdə bütün komandalar favoritdir. "Yuventus" çox təcrübəli kollektivdir. Bizim komanda isə daha gənc və təcrübəsizdir. Bunax baxmayaraq, "Yuventus"dan qorxmuruq. Çempionlar Liqası uşaqlıqda yuxuda gördüyümüz yarışdır. Bu, mənim ÇL-də 3 və ya 4-cü mövsümümdür, ancaq tam məmnun olmamışam. Bu qarşılaşmaya tam hazıram".

 

"Lion" Fransada keçirilən ilk matçda 1:0 hesablı qələbə qazanıb.Cütün cavab oyunu avqustun 7-də keçiriləcək.

Xəbər xətti