İnfantino vəzifəsindən getməyəcəyini açıqladı

17:17 - 5 Avqust 2020

FIFA-nın prezidenti Canni İnfantino açıqlama verib. Sportal.az xəbər verir ki, İtaliya əsilli isveçrəli funksioner prezident postunda qalacağını bildirib.

 

İnfantino İsveçrə Federal Prokurorluğunun onun barəsində cinayət işi açmasını normal hesab edir: "Yanlış nəsə etməmişəm. Bu araşdırmanı normal hesab edirəm. Etdiyim işlərdə cinayət görmürəm. Öz postumda qalıb işimi davam etdirəcəyəm".

 

50 yaşlı futbol adamı 2016-cı ildə rüşvət qalmaqalına görə postundan istefa verən Jozef Blatterin əvəzinə FIFA prezidenti seçilib.

 

Xəbər xətti