"Yuventus"da Pirlo dönəmi

01:57 - 9 Avqust 2020

"Yuventus"un yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Turin təmsilçisini bundan sonra Andrea Pirlo çalışdıracaq. İtaliya millisinin keçmiş üzvü ilə 2 illik müqavilə imzalanıb. O, bu vəzifədə istefaya göndərilən Maurisio Sarrini əvəzləyib.

 

41 yaşlı mütəxəssis bir müddət əvvəl "Yuventus"un U-23 komandasına baş məşqçi təyin olunmuşdu. Pirlo futbolçu karyerası ərzində 2011-2015-ci illərdə "ağ-qara" formanı geyinib.

Xəbər xətti