“Qarabağ”ın Şimali Makedoniya klublarına qarşı nəticələri

Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi Şimali Makedoniyanın “Sileks” klubu olacaq.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi avrokuboklarda daha əvvəl 2 dəfə bu ölkədən olan komanda ilə üz-üzə gəlib. “Atlılar” hər iki halda Avropa Liqasının seçmə mərhələsində "Metallurq"la qarşılaşıb. Qurban Qurbanovun baş məşqçi olduğu dönəmdə baş tutan duellərdən Azərbaycan təmsilçisi üzüağ çıxıb.

 

Avropa Liqasının 2010/11 mövsümünün I təsnifat mərhələsində "Metallurq"la rəqib olan “Qarabağ” Bakıda keçirilən ilk görüşdə 4:1 hesabı ilə qalib gəlib. Cavab oyunundakı 1:1-lik heç-heçə təmsilçimizi növbəti mərhələyə çıxarıb.

 

Bu komandalar 3 il sonra yenidən eyni turnirin eyni mərhələsində qarşı-qarşıya gəlib. “Qarabağ” bu dəfə hər iki matçda eyni - 1:0 hesabı ilə qalib gələrək, mərhələ keçib.

 

Rəsmi görüşlərdən əlavə, “göy-qaralar” Makedoniya klubları ilə iki yoxlama oyunu da keçirib. Müvafiq olaraq 2013 və 2018-ci illərdə Antalyada “Tirnovo” ilə “Şkupi”yə qarşı baş tutan oyunlar qolsuz bərabərliklə yekunlaşıb.

Tarix: 9 Avqust [16:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Sentyabr 2020
27  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio