"Mançester Yunayted"dən ayrılan futbolçu "Lill"də

09:40 - 10 Avqust 2020

“Mançester Yunayted”dən ayrılan Eyncel Qomeşin yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi Fransanın "Lill" klubuna keçib. "Çoban itləri" portuqaliyalı futbolçu ilə 5 illik müqavilə imzaladığını açıqlayıb.

 

Qomeş ötən mövsüm Premyer Liqada 5 oyun keçirib. O, hazırda MLS təmsilçisi "Orlando"da çıxış edən Luiş Naninin əmisi oğludur.

Xəbər xətti