"Trabzonspor" "Stok Siti"nin hücumçusunu icarəyə götürür

13:09 - 15 Sentyabr 2020

Türkiyənin "Trabzonspor" klubu hücumçu axtarışını davam etdirir.

 

Sportal.az "TRT Spor"a istinadla xəbər verir ki, "bordo mavilər" İngiltərənin Çempionşip təmsilçisi "Stok Siti"də çıxış edən Benik Afobeni heyətinə qatmaq istəyir. Trabzonlular 27 yaşlı hücumçunu 1 illik icarəyə götürmək üçün təklif göndərib.

 

Konqo əsilli ingilis futbolçunun yaxın günlərdə Türkiyəyə gələcəyi gözlənilir.

 

"Stok Siti" Afobeni 2019-cu ilin yanvarında "Vulverhempton"dan 13,5 milyon avroya transfer edib. 

Xəbər xətti