"Qalatasaray" Bakıya bu futbolçularla gəlir - SİYAHI

12:38 - 16 Sentyabr 2020

Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Qalatasaray”ın Bakıya gələcək heyəti açıqlanıb.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin heyətində 20 futbolçu yer alıb. 23 oyunçudan ibarət siyahıdan Oqenekaro Etebo, Yunus Akgün və Ali Yavuz Kol çıxarılıb.

 

Qapıçılar: 34. Okan Kocuk, 99. Fatih Öztürk;

 

Müdafiəçilər: 2. Şener Özbayraklı, 3. Omar Elabdellaui, 14. Martin Linnes, 19. Ömər Bayram, 27. Kristian Luyindama, 36. Marselo Sarakki, 45. Markao Teyşeyra;

 

Yarımmüdafiəçilər: 4. Taylan Antalyalı,  15. Rayan Donk, 10. Yunes Belhanda, 21. Cimmi Durmaz, 54. Əmrə Kılınç, 89. Sofian Fequli,  66. Arda Turan;

 

Hücumçular: 8. Rayan Babel, 9. Radamel Falkao, 77. Jesse Sekidika, 90. Mbaye Dian.

 

Sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.

Xəbər xətti