"Liverpul" Tyaqo ilə anlaşdı

13:06 - 17 Sentyabr 2020

"Liverpul" "Bayern"in yarımmüdafiəçisi Tyaqo Alkantaranın transferini həll edib.

 

Sportal.az "The Athletic" nəşrinə istinadla xəbər verir ki, "qırmızılar" bu keçid üçün 30 milyon avro təzminat ödəməyi qəbul edib.

 

Mersisaydlılar 29 yaşlı yarımmüdafiəçi ilə şəxsi razılıq əldə edib. Növbəti həftə transferin rəsmiləşəcəyi gözlənilir.

 

"Bayern" İspaniya millisinin üzvünü 2013-cü ildə "Barselona"dan 25 milyon avroya transfer edib. Tyaqo ötən mövsüm 35 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

Xəbər xətti