"Neftçi" yeni transferini açıqladı

18:44 - 19 Sentyabr 2020

"Neftçi” növbəti transferini reallaşdırıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, türkiyəli mərkəz müdafiəçisi Mert Çeliklə 2 il müddətinə müqavilə bağlanıb. 20 yaşlı futbolçu icarə əsasında paytaxt klubunda çıxış edəcək. O, 20 nömrəli formanı geyinəcək.

 

Müqavilə ilə Türkiyənin "Başakşehir” klubuna məxsus olan Mert Çelik Azərbaycanın U-21 milli komandasının üzvüdür.

Xəbər xətti